Doğma torpaqlarımızın 20 faizinin 30 ilə yaxın bir dövrdə erməni işğalçılarının tapdağı altında olması həmin ərazilərdə vandalizm aktının törədilməsinə, genişmiqyaslı dağıntılara səbəb olmuşdur. Erməni vandalları işğal etdikləri ərazilərimizdə hər şeyi: şəhərlərimizi, kəndlərimizi, məscidlərimizi, tarixi abidələrimizi, infrastruktur obyektlərimizi, qəbiristanlıqlarımızı təmamilə dağıtmış, mədəni irsimizi məhv etmiş, iqtisadiyyatımıza böyük ölçüdə ziyan vurmuşlar. Öz ata-baba torpaqlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərimizin uzun illər qurub-yaratdıqları, var-dövlətləri, mülkləri ermənilər tərəfindən talanlara, qarətlərə, dağıntılara məruz qslmışdır. İşğal etdikləri ərazilərimizə ancaq ölüm gətirən düşmən bu torpaqlardan öz məkrli siyasətlərinə uyğun istıfadə etmişlər. Şükürlər olsun ki, bu gün işğala son qoyulmuşdur. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatı keçirərək 44 gün ərzində doğma torpaqlqrımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Qısa bir zamanda dövlət başçımızın tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərinin geniş vüsət alması və artıq bir neçə yaşayış məntəqələrimizə doğma sakinlərin qayıdışı ata-baba torpaqlarımıza sahib çıxaraq oranı dirçəldəcəyimizdən xəbər verir. Vaxtilə ermənilərin ölüm səhrasına çevirdikləri torpaqlarımıza artıq həyatın qayıtmağından xəbər verir.Heç bir beynəlxalq təşkilatların, fondların dəstəyi və yardımı olmadan bu cür işlərin görülməsi möcüzədir. İşğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərin sürətləndirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasını tezləşdirmək üçün Prezidentimizin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair” 16 noyabr 2022-ci il tarixli sərəncamı çox böyük əhəmiyyətə malikdir. Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu proqramda hal-hazırda sülhməramlıların nəzarətində olan ərazilərimizdə də işlərin aparılacağı nəzərdə tutulub. Əminik ki, Böyük Qayıdış uğurla həyata keçiriləcəkdir. Keçmiş məcburi köçkünlərimiz salınacaq müasir tipli yaşayış massivlərinə qayıdacaq, öz isti nəfəsləri ilə, halal zəhmətləri ilə, alın tərləri ilə öz doğma yurdlarına həyat gətirərək oraları cənnətə çevirəcəklər. Yaşasın Azərbaycan! Var olsun Ali Baş Komandanımız! Müzəffər Azərbaycan Ordusuna eşq olsun! Qarabağ Azərbaycandır!Aytən Quliyeva,Xocalı rayon gənci